Давай позвоним тебе

London Evləri

       “Marin Group” Şirkətlər Qrupu Nəsimi rayonunda Pilot Layihə çərçivəsində yeni “London Evləri”nin tikintisinə başlamışdır. 

    Azadlıq Prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində tikilən “London Evləri” İngilis memarlığı üslubunda layihələndirilmişdir. Özündə müasirliyi və klassikanı birləşdirən bu üslub xüsusi füsunkarlığı və cəlbediciliyi ilə seçilir.

  6-12 mərtəbəli, tək bloklu 8 binadan ibarət yaşayış kompleksində binaların fasad örtüyü premium səviyyəli material üzlüyü ilə inşa ediləcəkdir. Şəhərin mərkəzində yerləşən azmərtəbəli yaşayış kompleksində mənzillərin sayı məhduddur. Sakinlərin az olması onların geniş həyətyanı sahədən rahat istifadə etməsinə şərait yaradacaq. Beləki, kompleks ərazisinin 45% məhz sakinlərin istirahəti üçün nəzərdə tutulmuşdur.

   Kompleksin yaxınlığında orta məktəblər, parklar, müasir biznes və ticarət mərkəzlərinin mövcudluğu “London Evləri” yaşayış kompleksini yaşamaq üçün ən rahat və cəlbedici yerlərdən birinə çevirir.

 

Kompleksə daxildir

 

Geniş uşaq meydançası

Geniş yeraltı parking

Yeraltı parkinqdən birbaşa liftə çıxış

Avropa istehsalı liftlər

Mərmər ilə üzlənmiş pilləkənlər və pilləkən meydançaları

Daş divarlar və fasadın keramik - qranit ilə üzlənməsi

İki tərəfli çıxışı olan rahat planlaşdırılmış mənzillər

Tavanın hündürlüyü 3,3 m

Su çəni və 24 saat su təchizatı

Mərkəzi elektrik təchizatı və generator

Qazlaşdırma və fərdi kombi

Rəqəmsal TV, internet və telefon sistemləri

Yanğın təhlükəsizliyi sistemi

24 saat qaz, su, işıq

24 saat mühafizə və müşahidə kameraları