Biz sizə zəng edək

"Xəzər Evləri" layihəsi

 

Marin Group-un inşasına başladığı “Xəzər Evləri” layihəsi Bakı Buxtasına möhtəşəm mənzərəsi olan bir bloklu binadır.

Paytaxtın Xətai rayonu, Gəncə prospektində ucaldılacaq “Xəzər Evləri” layihəsi son texnoloji yeniliklər nəzərə alınmaqla layihələndirilmişdir. Mənzillər beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli, ekoloji cəhətdən təhlükəsiz materiallarla inşa olunur.

16 mərtəbəli binada sahəsi 55.40 m2 və 136.41 m2 aralığında bir, iki və üç otaqlı mənzillər mövcuddur.

 

Müasir şəhər üslubunda tikilən layihədən mənzillərə həm nəğd, həm də faizsiz daxili kredit şərtlərilə sahib olmaq mümkündür.

 

Kompleksə daxildir

 

  • Uşaq meydançası
  • Geniş yeraltı parking
  • Yeraltı parkinqdən birbaşa liftə çıxış
  • Avropa istehsalı liftlər
  • Mərmər ilə üzlənmiş pilləkənlər və pilləkən meydançaları
  • İki tərəfli çıxışı olan rahat planlaşdırılmış mənzillər
  • Tavanın hündürlüyü 3,3 m
  • Su çəni və 24 saat su təchizatı
  • Mərkəzi elektrik təchizatı və generator
  • Qazlaşdırma və fərdi kombi
  • Rəqəmsal TV, internet və telefon sistemləri
  • Yanğın təhlükəsizliyi sistemi
  • 24 saat qaz, su, işıq
  • 24 saat mühafizə və müşahidə kameraları