Biz sizə zəng edək

"KAT Park - Paris Evləri" layihəsi

Marin Group Bakı Ağ Şəhərdə Kat Park Paris Evləri Premium layihəsinə start vermişdir. 2020-ci ilin yanvar ayında təməl işlərinə başlanılan kompleksin, 2021-ci ilin dekabr ayında sakinlərin ixtiyarına verilməsi planlaşdırılır. 

KAT Park Paris Evləri layihəsi dəniz səviyyəsindən 25m hündürlükdə, Mərkəzi Park Kvartalında yerləşən 7-8 mərtəbədən ibarət 9 bloklu yaşayış kompleksidir. Premium binaların fasad örtüyü aqlay ilə üzlənəcək.

Kompleksin əlverişli yerləşməsi Babək prospektinə rahat keçidi təmin edərək oradan həm şəhər mərkəzinə, həm də Heyder Əliyev adına Beynəlxalq Hava Limanına getməyi asanlaşdırır. Kvartalın şimal hissəsində - Babək prospekti boyunca 4 çıxışı olan yeni metro stansiyası planlaşdırılıb. Yaxınlıqda layihələndirilmiş orta məktəblər, parklar, müasir biznes və ticarət mərkəzləri KAT Park Paris Evləri yaşayış kompleksini yaşamaq üçün ən rahat və cəlbedici yerlərdən birinə çevirir.

 

Kompleksə daxildir

 

  • Fransız üslubunda fasad
  • Geniş uşaq meydançası
  • 2 mərtəbəli geniş yeraltı parkinq
  • Yeraltı parkinqdən birbaşa liftə çıxış
  • Avropa istehsalı liftlər
  • Mərmər ilə üzlənmiş pilləkənlər və pilləkən meydançaları
  • Daş divarlar və fasadın aqlay ilə üzlənməsi
  • İki tərəfli çıxışı olan rahat planlaşdırılmış mənzillər
  • Tavanın hündürlüyü 3,30m
  • Su çəni və 24 saat su təchizatı
  • Mərkəzi elektrik təchizatı və generator
  • Qazlaşdırma və fərdi kombi
  • Rəqəmsal TV, internet və telefon sistemləri
  • Yanğın təhlükəsizliyi sistemi
  • 24 saat qaz, su, işıq
  • 24 saat mühafizə və müşahidə kameraları
  • Həyətə baxan eyvanlarda divar şkafları
  • Mərtəbələrdə kondisionerlərin xarici bölmələri və kombi üçün ventilasiya olunan xüsusi servis eyvanları